Bakıda 17 yaşlı sürücü qadın piyadanı vuraraq öldürüb

Bakıda 17 yaşlı sürücü qadın piyadanı vuraraq öldürüb
# 16 sentyabr 2016 20:21 (UTC +04:00)

Bakı-APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb.

Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində qadın piyada “Hyundai” markalı avtomobillə vurulub. Çox böyük sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən piyada 1964-cü il təvəllüdlü Sevda Nəsirovadır. Avtomobili isə 17 yaşlı yeniyetmə idarə edib. Onun heç bir sənədi olmayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin adını açıqlamır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəyə səbəb olan yeniyetmə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR