Azərbaycanda 1800-dən çox məktəbdə təmirə ehtiyac var

Azərbaycanda 1800-dən çox məktəbdə təmirə ehtiyac var
# 15 aprel 2016 13:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013-2015-ci illər ərzində 2923 məktəb yenidən tikilib, əlavə korpus inşa edilib və əsaslı təmir olunub.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Əsaslı-tikinti və Təchizat İdarəsi Satınalmalar şöbəsinin müdiri Elman Əzimov bildirib ki, Təhsil Nazirliyinin sifarişi ilə 793 məktəb, Heydər Əliyev Fondunun xətti ilə 412, digər mənbələr hesabına isə 1792 məktəb tikilib. Onun sözlərinə görə, 2016-cı ilin Dövlət İnvestisiya proqramında respublika üzrə 40-a yaxın tədris müəssisəsində təmir-tikinti işlərinin davam etdirilməsi nərdə tutulub: “Respublikada hələ də 1808-ə yaxın məktəbdə istilik sistemi yenisi əvəz olunmalı, təmir-bərpa işləri aparılmalı və ya əsaslı təmir işləri görülməlidir. Belə məktəblərin sayı üstünlük təşkil edir. 2013-cü ilin statistikasına görə, 100-ə yaxın məktəbdə şagirdlərin sayı 30-a qədər, 250-yə qədər məktəbdə şagirdlərin sayı 50-yə qədərdir, 650 məktəbdə şagirdlərin sayı 51 nəfərdən 100 nəfərə kimidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR