Bu gün “Şərq tərədaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Bu gün “Şərq tərədaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
# 03 sentyabr 2016 08:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Slovakiyanın paytaxt Bratislava şəhərində Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

APA-nın məlumatına görə, görüşdə xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

İclasda əsasən layihənin gələcəyi, Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın gələcək perspektivləri, tərəfdaşların cəlb olunması müzakirə olunacaq.

Görüş Bratislavada keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin 2 günlük iclası çərçivəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR