Türkiyə XİN: Ankara 14 ölkə ilə miqrantların readmissiyası haqqında saziş imzalamağa hazırdır

Türkiyə XİN: Ankara 14 ölkə ilə miqrantların readmissiyası haqqında saziş imzalamağa hazırdır
# 03 mart 2016 01:39 (UTC +04:00)

Bakı-APA. Türkiyə 14 ölkə ilə qeyri-qanuni miqrantların readmissiyası haqqında saziş imzalamağa hazırdır. APA-nın “TASS”a istnadən verdiyi xəbərə görə, bu barədə bu barədə Türkiyə XİN mətbuat xidmətinin rəhbəri Tanju Bilqic bildirib.

Tanju Bilqicin sözlərinə görə, Ankara nəzarətsiz, sərbəst miqrasiyanın baş verdiyi 14 ölkə ilə belə saziş imzalamağa hazırdır. Bu addım Türkiyədən Avropa İttifaqına qaçqın axının azaldılmasına yardım edəcək. Lakin Bilqic konkret hansı ölkələrin nəzərdə tutulduğunu açıqlamayıb.

“Bu sazişlər həmin ölkələrlə aparılacaq diskussiyalardan sonra və onların razılığı əsasında imzalana bilər. Sərbəst miqrasiyanın dərhal dayandırılması ilə bağlı söhbət belə ola bilməz. Biz sehrbaz deyilik, bizə bu hal ilə ardıcıl mübarizə qurmaq üçün zaman gərəkdir”, - deyə Türkiyə XİN mətbuat xidmətinin rəhbəri Tanju Bilqic bildirib.

Qeyd edək ki, ötən gün Yunanıstan 2002-ci il tarixli readmissiya haqqında sazişə uyğun olaraq Mərakeş, Tunis və Əlcəzairdən olan 150 miqrantı Türkiyəyə qaytarıb.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 29-da keçirilmiş Aİ-Türkiyə sammitində razılaşdırılan tədbirlər planına əsasən, Türkiyə Aİ-yə miqrant axınının qarşısının alınmasına səylər göstərməlidir və Ankaraya ayrılacaq 3 mlrd avro və Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqların aktivləşdirilməsi müqabilində qaçqınların öz ərazisində yerləşdirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR