ABŞ və Avropa fond bazarında eniş müşahidə olunur

ABŞ və Avropa fond bazarında eniş müşahidə olunur
# 14 yanvar 2016 06:26 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 2,21% - 16 151,41 bəndədək, S&P 500 2,50% - 1 890,28 bəndədək, NASDAQ 3,41% - 4 526,07 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,54% - 5 960,97 bəndədək, Fransa CAC-40-ı 0,30% - 4 391,94 bəndədək bahalaşıb Almaniya DAX-ı 0,25% - 9 960,96 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 7,20 dollar artaraq 1 094,30 dollara, gümüş isə 0,05 dollar azalaraq 14,11 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR