Rusiya Ukrayna mallarının tranzitini dayandırıb

Rusiya Ukrayna mallarının tranzitini dayandırıb
# 04 yanvar 2016 23:37 (UTC +04:00)

Bakı-APA. Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin saytı xəbər verib.

Məlumata əsasən, yanvarın 4-də Rusiya Federasiyası öz ərazisindən Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. “Bununla Rusiya tərəfi öz öhdəliklərini, o cümlədən, Ümumdünya Ticarət Təşkilatı və Azad Ticarət Zonası haqqında Müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozub", nazirliyin məlumatında vurğulanır.

RİA Novosti agentliyinin xəbərinə görə, Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Ukrayna tərəfinin bəyanatını şərh etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR