Azərbaycanda şəhərlərin süpürülməsi və işıqlandırılması xidmətləri üzrə xərclərin yeni norması müəyyənləşdiriləcək

Azərbaycanda şəhərlərin süpürülməsi və işıqlandırılması xidmətləri üzrə xərclərin yeni norması müəyyənləşdiriləcək
# 13 aprel 2016 14:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda şəhər, rayon, qəsəbə mərkəzlərinin süpürülməsi, yaşıllıq sahələrinə qulluq edilməsi və küçələrin işıqlandırılması xidmətləri üzrə xərclərə yenidən baxılmasına zərurət yaranıb.

APA-nın məlumatına görə, Hesablama Palatası bununla bağlı Nazirlər Kabinetinə təklif təqdim edib.

Hesablama Palatası nəzərə çatdırır ki, dövlət büdcəsindən maliyyələşən sahələrdə küçələrin süpürülməsi, yaşıllıq sahələrinə qulluq edilməsi və küçələrin işıqlandırılması xidmətləri üzrə xərclərin norması Maliyyə Nazirliyinin İqtisadiyyat Nazirliyi (İqtisadi İnkişaf Nazirliyi) ilə birlikdə 2003-cü ilin may ayında təsdiq etdiyi “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” ilə müəyyən edilib.

Həmin normaların tətbiqindən uzun müddət keçməsinə baxmayaraq hazırkı vaxtadək təkmilləşdirilməyib. Dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələrində “Müvəqqəti Normalar”la müəyyən edilmiş xərc komponentləri (geyimlər, inventarlar və s.) natural ifadədə reallığa uyğun olsa da, xərc normaları cari bazar qiymətlərinə uyğun deyil. Qeyd edilənləri nəzərə alaraq, Hesablama Palatası dövlət büdcəsindən maliyyələşən müvafiq xidmət sahələri üzrə xərc komponentlərinin natural ifadədə göstəricilərinin (vahidinin qiymətinin göstərilməməsi şərti ilə) təkmilləşdirilməsi və xərc normasının müəyyən edilməsi üçün meyarlar nəzərdə tutulmaqla xərclərin reallığa uyğun tənzimlənməsi məqsədilə həmin “Müvəqqəti Normalar”ın yenidən işlənilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR