MM 2016-cı ilin dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verib

MM 2016-cı ilin dövlət büdcəsinə təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verib
# 14 oktyabr 2015 11:18 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.

Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.

Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR