Azərbaycan və Türkiyə hərbi pilotları tanıma uçuşları keçirib

Azərbaycan və Türkiyə hərbi pilotları tanıma uçuşları keçirib
# 12 mart 2016 14:00 (UTC +04:00)

Bakı-APA. "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

Sonra türkiyəli pilotlar Miq-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR