Palata: “Odlar Yurdu Sığorta Brokeri”nin fəaliyyətində nöqsan aşkarlanıb

Palata: “Odlar Yurdu Sığorta Brokeri”nin fəaliyyətində nöqsan aşkarlanıb
# 12 avqust 2016 12:36 (UTC +04:00)

Palata: “Odlar Yurdu Sığorta Brokeri” fəaliyyətində nöqsan aşkarlanıb

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, MBNP özünün mandatı çərçivəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib.

Yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilib.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanununa uyğun olaraq müvafiq tələblər formalaşdırılıb və “Odlar Yurdu Sığorta Brokeri”nə təqdim edilib.

Bundan əlavə, MBNP digər sığorta vasitəçiləri tərəfindən qanunvericilik tələblərinə riayət edilməsi istiqamətində həyata keçirdiyi monitorinqləri davam etdirir. Monitorinqlərin nəticəsi olaraq yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilib və onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR