PYD Suriyada nəzarət etdiyi ərazilərdə federasiya elan edib

 PYD Suriyada nəzarət etdiyi ərazilərdə federasiya elan edib
# 17 mart 2016 14:57 (UTC +04:00)

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bununla bağlı qərar PYD Haseke şəhərində keçirilən 2 günlük iclasında qəbul olunub. İclasa təşkilatın nəzarətində olan Afrin, Kobani (Ayn əl-Ərəb) və digər ərazilərdən 150 nümayəndə qatılıb. Demokratik Suriya Şurasına daxil olan qurumlar federasiyanın yaranmasını dəstəkləyib.

Suriya Xarici İşlər Nazirliyi PYD-nin qərarına kəskin etiraz edib. PYD-nin bu addımı separatçılıq kimi qiymətləndirilib. Ərəb və Türkman Tayfalar Birliyi də bunu pisləyən bəyanat yayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner də Suriyada heç bir tam və yarım muxtariyyəti dəstəkləmədiyini, Suriyanın ərazi bütövlüyünü tanıdıqlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR