Estoniyada ilk dəfə qadın prezident seçilib

Estoniyada ilk dəfə qadın prezident seçilib
# 03 oktyabr 2016 15:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Estoniyada ilk dəfə qadın prezident seçilib.

APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, Kresti Kalyuland parlamentdə keçirilən səsvermə zamanı 81 deputatın dəstəyini qazanıb.

Səsvermə zamanı 17 bülleten doldurulmamış qutuya atılıb. Daha 3 deputat isə səsvermədə iştirak etməyib.

Qeyd edək ki, Kresti Kalyuland daha əvvəl Avropa Hesablamalar Palatasında ölkəsini təmsil edib. O prezidentlik vəzifəsində Tomas Hendrik İlvesi əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR