Rusiya XİN: Vaşinqtonun Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq

Rusiya XİN: Vaşinqtonun Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq
# 30 sentyabr 2016 09:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "ABŞ hakimiyyətinin Suriya məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" səhifəsində yazıb.

O, Vaşinqtonun uzun müddətdir Suriyada terrorçuların mövcudluğunu inkar etdiyini xatırladıb: "Əgər Vaşinqtonun qarşılıqlı fəaliyyəti dayandırmaq təhlükəsi qərara çevrilsə, Ağ evin terrorçuları himayəsinə götürdüyünə dair şübhə qalmayacaq", - deyə diplomat vurğulayıb.

Rusiya XİN sözçüsü bildirib ki, ABŞ terrorçulara dəfələrlə hədiyyə edib. O, Vaşinqtonun "Cəbhət ən-Nüsra" qruplaşmasını mötədil müxalifətdən ayıra bilmək qabiliyyətinin olmadığını xatırladıb.

Qeyd edək ki, ötən həftə ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Suriya münaqişəsi üzrə Moskva ilə müzakirələri dayandırmaq həddində olduğunu söyləyib. Bundan sonra isə Ağ Ev rəsmisi Coş Ernest iki ölkənin Suriya münaqişəsi ilə bağlı əməkdaşlığının gözlənilən nəticə vermədiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR