İstanbulun Atatürk hava limanında partlayış törədilib, 36 nəfər ölüb, 147 nəfər yaralanıb- YENİLƏNİB-4

İstanbulun Atatürk hava limanında partlayış törədilib, 36 nəfər ölüb, 147 nəfər yaralanıb- <span style="color: red;">YENİLƏNİB-4
# 29 iyun 2016 02:25 (UTC +04:00)

Bakı-APA. İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

APA-nın xəbərinə görə, bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.

Bundan başqa, aeroportun dayanacağında da atışmanın baş verdiyi bildirilir. Lakin bu xəbər hələlik rəsmi təsdiqlənməyib.

“Assoşieyted Press” bundan əvvəl 50 nəfərin öldüyünü, 106 nəfərin yaralandığını bildirmişdi.

***** 02.45

Bakı-APA. İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 50-çatır, 106 nəfər isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə "Assoşieyted Press" yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb. Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralanndığını bildirib.

***** 01.06

Bakı-APA. Türkiyənin rəsmi Anadolu Agentliyi İstanbulun Atatürk Hava limanında baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib.

Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.

İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu qeyd edib.

***

23:58

Bakı-APA. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbul Atatürk Hava limanındakı terror hücumu zamanı 10 nəfərin həlak olduğunu bildirib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”.

Bozdağ 20-yə qədər də yaralının olduğunu deyib.

Hazırda “Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.

Dövlət Hava Meydanları İşlətmələrindəki mənbə Türkiyənin “Hürriyyet” qəzetinə bildirib ki, hava limanında 2 canlı bomba patlayıb. Onlardan biri xarici uçuşlar terminalında, biri isə avtomobil dayancağında özünü partladıb.

*** 23.29

Bakı-APA. İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.

APA-nın xəbərinə görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.

Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.

Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.

Hadisənin terror aktı olduğu bildirilir. Partlayışdan sonra hadisə yerində terrorçuya məxsus "Kalaşnikov" markalı avtomat aşkar olunub.

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR