Azərbaycanda xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament dəyişib

Azərbaycanda xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament dəyişib
# 27 oktyabr 2015 14:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Xarici İşlər Nazirliyinin Kollegiyası “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də nəzərdə tutulan elektron xidmət Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və akkreditasiyası üçün elektron qaydada müraciətlərin və sənədlərin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq akkreditə edilməsini və ya akkreditə edilməsindən imtina olunmasını əhatə edir.

Reqlamentdə dəyişiklik Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli fərmanına əsasən “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın adının dəyişdirilərək “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” adlandırılması ilə bağlıdır. Başqa sözlə, “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə əsasən, Xarici İşlər Nazirliyinin mətbuat xidməti elektron xidmətin yerinə yetirilməsinə kargüzarlıq formasında nəzarət edir. İndiyə qədər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti elektron xidmətin yerinə yetirilməsinə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada nəzarət edibsə, bundan sonra “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada nəzarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR