Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Neftçilər prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 06 may 2016 07:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR