Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 2,3% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 2,3% artıb
# 14 sentyabr 2015 11:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov –APA-Economics. Bu ilin avqust ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 117,008 mln. manat təşkil edib.

APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,23% azdır.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 22,730 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 85,519 mln. manat, aksizlər üzrə 7,127 mln. manat, yol vergisi üzrə isə 1,632 mln. manat təşkil edib.

Ümumiyyətlə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmaları 1023,936 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,25% çoxdur.

Bu ilin 8 ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 269,662 mln. manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 684,610 mln. manat, aksizlər üzrə 57,033 mln. manat, yol vergisi üzrə isə 12,631 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR