Hüseyn Bağırovun Siyəzəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Hüseyn Bağırovun Siyəzəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
# 09 mart 2016 08:06 (UTC +04:00)

Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Siyəzən şəhərində Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlarla 11 mart 2016-cı il tarixində nəzərdə tutulmuş görüşü martın 16-na dəyişdirilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR