AMB: Mayda kredit qoyuluşları 562 mln. manat azalıb

AMB: Mayda kredit qoyuluşları 562 mln. manat azalıb
# 08 iyul 2016 15:55 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2016-cı il iyunun 1-nə 17 mlrd. 648,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 229,3 mln. manat və ya 11,2% azdır.

Kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 561,5 mln. manat və ya 3,08% azalıb. İlin əvvəli ilə müqayisədə isə bu göstərici 3 mlrd. 516,2 mln. manat və ya 16,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR