Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib - FOTO

Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib - <span style="color: red;">FOTO
# 29 oktyabr 2015 11:51 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1930) "Seçilmiş hekayələr" kitabı macar dilində nəşr edilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, kitabın tərtibçisi Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya doktoru, professor Asif Rüstəmlidir. Yazıçının "Şeyx Şaban", "Bomba", "Mirzə Səfər", "Uca dağ başında" və başqa populyar hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi çevirib. Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan əhatəli müqəddimə yazıb. İndiyə qədər səfirlik xətti ilə çap olunan digər kitablar kimi Haqverdiyevin "Seçilmiş hekayələri" də təmənnasız olaraq Macarıstanın 200-ə yaxın kitabxanasına, Budapeştdəki Yunis İmrə Türk Kültürü İnstitutuna hədiyyə edilib. Bu günlərdə ELTE universitetinin türkoloq tələbələrinin iştirakı ilə Azərbaycan dilinin də öyrənildiyi Türk bölümündə kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR