Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
# 15 dekabr 2015 16:53 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində dəhlizin yanar konstruksiyaları 8 kv.m sahədə və dam örtüyü 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR