Dağıstanda polis postu yaxınlığında terror aktı baş verib, ölən və yaralananlar var

Dağıstanda polis postu yaxınlığında terror aktı baş verib, ölən və yaralananlar var
# 15 fevral 2016 09:23 (UTC +04:00)

APA-nın məlumatına görə, Dərbənd şəhərindən 15 kilometr aralıda baş vermiş partlayış nəticəsində Yol Patrul Xidmətinin əməkdaşı və 3 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

İlkin məlumatlara görə, hadisə YPX əməkdaşının şübhəli avtomobili yoxlayan zaman baş verib.


RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Dərbənddə baş vermiş partlayışın "cənub qruplaşması"nın döyüşçüləri tərəfindən təşkil edildiyi haqqında məlumat yayıb. Məlumatda terrorçu-kamikadzenin avtomobilin sükanı arxasında olduğu və özünü partlatdığı qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR