İsveçrə XİN başçısı: Dağlıq Qarabağ münaqişəsində yenidən gərginlik yarana bilər

İsveçrə XİN başçısı: Dağlıq Qarabağ münaqişəsində yenidən gərginlik yarana bilər
# 11 aprel 2016 11:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Dağlıq Qarabağda münaqişənin yenidən gərginləşməsi təhlükəsi var".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu ayın əvvəlində münaqişə zonasına yaranan gərgin vəziyyət Rusiyanın səyləri ilə sabitləşib: “Lakin bütün bunlara baxmayaraq, regionda vəziyyət mürəkkəb olaraq qalır. Münaqişənin yenidən gərginləşməsi təhlükəsi var. Hesab edirik ki, münaqişəni nəhayət, həll etmək üçün dialoq prosesi strukturlaşdırılmalıdır. Lakin dialoq prosesi hələ ki, ciddi strukturlaşdırılmayıb. Bunun üçün çalışmaq lazımdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR