Mixail Zabelin: "Müşahidə etdiyimiz məntəqələrdə seçici fəallığı müşahidə olunur"

Mixail Zabelin: "Müşahidə etdiyimiz məntəqələrdə seçici fəallığı müşahidə olunur"
# 18 sentyabr 2016 12:22 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Azərbaycan Milli Məclisinin deputatları Rusiya Dövlət Dumasına keçirilən seçkiləri müşahidə edirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan parlamentinin deputatı Mixail Zabelin bu gün paytaxtın Xamovniki rayonunun 160 saylı seçki məntəqəsində seçkiləri müşahidə edib.

M. Zabelin APA-ya açıqlamasında bildirib ki, Rusiyada keçirilən seçkiləri MDB Parlamentlərarası Assambleyadan müşahidəçi qismində 52 nəfər iştirak edir: "Azərbaycandan isə 4 deputat Rusiyada keçirilən seçkiləri müşahidə edirlər. Deputatlarımız əsasən Moskva, Santk-Peterburq və Tverdə keçirilən seçkiləri müşahidə edirlər. Mən özüm Moskvada keçirilən seçkiləri müşahidə edirəm. İndiyə kimi artıq iki seçki məntəqəsində olmuşuq. Hazırda biz paytaxtın 160 saylı seçki məntəqəsində müşahidə aparırıq. Hələlik heç bir şikayət qeydə alınmayıb. Seçki prosesində bütün siyasi partiyaların, Vahid Rusiya, Liberal Demokrat, kommunistlər, müxalif "PARNAS" partiyasının nümayəndələri müşahidə aparırlar. Bu müşahidəçilərdən hələlik heç bir narazılıq və şikayət eşitməmişik. Bütün məntəqələr vaxtında açılıb. Komissiya bütün tərkibdə iş başındadır. Gördüyünüz kimi xalq seçki prosesində iştirak edir. Bu məntəqədə aktivlik müşahidə olunur".

Qeyd edək ki, Rusiyada keçirilən seçkiləri 64 ölkədən 770-dən çox müşahidəçi izləyir. Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Muxtar Babayev Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin xətti ilə Moskva və Tver, millət vəkilləri Rüfət Quliyev, Mixail Zabelin bu gün MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Sankt-Peterburq və Moskva şəhərlərində seçkiləri izləyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR