Belçikada terrorla əlaqədar 12 nəfər saxlanılıb

Belçikada terrorla əlaqədar 12 nəfər saxlanılıb
# 18 iyun 2016 10:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Belçikada terror aktı planlaşdırmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu federal prokurorluğun nümayəndəsi deyib.

Onun sözlərinə görə, antiterror əməliyyatı Belçikanın müxtəlif bölgələrində, o cümlədən Brüsseldə həyata keçirilib.

Baş nazir və nazirlərin, habelə ailələrinin mühafizəsi terror təhlükəsi ilə əlaqədar gücləndirilib.

Qeyd edək ki, bir müddət öncə Belçika antiterror xidməti hüquq- mühafizə orqanlarına Belçika və Fransada İŞİD terrorçularının terror aktı törədə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR