Şuşa Dövlət Musiqili Dram Teatrı "Boy çiçəyi" tamaşasının premyerasını keçirib

Şuşa Dövlət Musiqili Dram Teatrı "Boy çiçəyi" tamaşasının premyerasını keçirib
# 14 oktyabr 2015 07:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və ya “Boy çiçəyi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xalq yazıçısı Elçin pyesin 51 il əvvəl yazıldığını deyib: "Bu pyes o vaxtdan etibarən yalnız Azərbaycanın deyil, başqa ölkələrin teatrlarında da nümayiş olunub. 51 ilin təcrübəsi onu göstərir ki, əsər hər zaman aktualdır. Ona görə ki, sovet dövründə yazılsa da ideologiyaya deyil, ədəbiyyata xidmət edib. Məni sevindirən odur ki, pyesi bu dəfə Şuşa teatrı təqdim edir. Hazırda Şuşa düşmən istilasında olsa da, Şuşa teatrı fəaliyyət göstərir, yeni-yeni tamaşalar səhnələşdirir. İlyas Əfəndiyev son dərəcə Şuşa ilə, Qarabağla bağlı bir insan idi. Bilirsiniz ki, Qarabağda anadan olub. Şuşanın işğalı ona son dərəcə pis təsir etmişdi. İndi onun ruhu şaddır, ona görə ki, əsər Şuşa teatrında tamaşaya qoyulur".

Səhnə əsərində rolları əməkdar artist Azad Məmmədov, aktyorlar Nazir Rüstəmov, Püstəxanım Zeynalova və Zəhra Salayeva ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR