Rusiya aviasiyası Suriyada müddətsiz qalacaq

Rusiya aviasiyası Suriyada müddətsiz qalacaq
# 09 avqust 2016 11:11 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin aviasiya qrupunun Suriyanın Latakiya əyalətindəki Hmeymim aerodromunda müddətsiz yerləşdirilməsi barədə Rusiya və Suriya arasındakı müqavilə layihəsini ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

APA-nın məlumatına görə, layihə parlamentin Aşağı Palatasının məlumat bazasında yerləşdirilib.

Sənəddə Rusiya aviaqrupunun Suriya tərəfinin xahişi ilə Hmeymim aerodromunda yerləşdirildiyi qeyd edilib. Müqaviləyə əsasən, aerodromun infrastrukturu və zəruri ərazi Rusiya hərbçilərinə pulsuz verilir. Aviaqrupun tərkibini Suriya tərəfi ilə razılaşdırılmaqla Rusiya tərəfi müəyyənləşdirəcək.

Qeyd edək ki, müqavilə 26 avqust 2015-ci ildə Dəməşqdə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR