Rusiya və ABŞ hərbçiləri Suriya üzərində uçuşların təhlükəsizliyini müzakirə ediblər

Rusiya və ABŞ hərbçiləri Suriya üzərində uçuşların təhlükəsizliyini müzakirə ediblər
# 14 oktyabr 2015 20:41 (UTC +04:00)

Bakı-APA. Rusiya və ABŞ-ın hərbi ekspertləri iki ölkənin hərbi aviasiyasının Suriya üzərində uçuşların təhlükəsizlik məsələlərini videokonfrans rejimində müzakirə ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyinin məlumatında bildirilir.

“Yaxın gələcəkdə əldə olunan razılaşmanın əsas müddəaları ətrafında yaxınlaşma qeydə alınıb. Tərəflər gələcək fəaliyyətlərinin ardıcıllığını razılaşdırıblar”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR