Polis Nyu-York aeroportunda atışma olması barədə xəbərləri təkzib edib - YENİLƏNİB

Polis Nyu-York aeroportunda atışma olması barədə xəbərləri təkzib edib - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2016 07:36 (UTC +04:00)

Bakı - APA. Nyu-Yorkun Kennedi aeroportunda atışma baş verməsi barədə xəbərlər təkzib olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-York polisinin rəsmi açıqlamasında bildirilir ki, bu barədə məlumatlar yayandır.

"Heç bir atışma olmayıb. Aeroportda insanların təxliyəsi və digər tədbirlər sərnişinlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib", - deyə məlumatda bildirilir.

***

saat 06.26

Bakı - APA. Nyu-Yorkun Kennedi adına beynəlxalq hava limanında atışma olub.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs aeroportun 8-ci terminalında atəş açıb.


Sərnişinlər hava limanından təxliyə edilir. Bir sıra uçuşlar təxirə salınıb. Məlumata görə, hadisə yerinə polis qüvvələri cəlb edilib

Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisə ilə bağlı hər hansı rəsmi məlumat hələ ki, verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR