Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin şikayəti təmin edilməyib

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin şikayəti təmin edilməyib
# 18 dekabr 2015 12:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun apellyasiya şikayətlərinə baxılıb.

Bu barədə APA-ya məlumat verən R. Məmmədovun vəkili Akif Əlizadə bildirib ki, məhkəmə apellyasiya şikayətlərini təmin etməyib.

Qeyd edək ki, adı çəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

Hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 9-da Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay artırılıb. Həmin qərarla razılaşmayan təqsirləndirilən şəxslər isə vəkilləri vasitəsi ilə apellyasiya şikayəti veriblər. Onlar həmin qərarın ləğv edilməsini və azadlığa buraxılmalarını istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR