“Sənqəçal” terminalından I rübdə gündəlik 29,4 mln. kubmetr "Şahdəniz" qazı ixrac edilib

“Sənqəçal” terminalından I rübdə gündəlik 29,4 mln. kubmetr "Şahdəniz" qazı ixrac edilib
# 24 may 2016 10:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Bu ilin birinci rübündə terminal 75 mln. bareldən artıq neft və kondensat, o cümlədən təqribən 67 mln. Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,4 mln. standart kubmetr (1 mlrd. 39 mln. standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoyl” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR