Rusiyada baş vermiş yol qəzasında 3 qadın, 1 uşaq ölüb

Rusiyada baş vermiş yol qəzasında 3 qadın, 1 uşaq ölüb
# 02 may 2016 12:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Krasnoyarsk vilayətinin Yeysk rayonunda baş vermiş yol qəzası nəticəsində 4 nəfər ölüb.

APA-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxil İşlər Nazirliyinin regional bölməsinin nümayəndəsi məlumat verib.

Qəza mayın 1-də, saat 11:30 radələrində Yeysk-Yasenskaya-Kopanskaya-Novominskaya avtomagistralının 20-ci kilometrliyində baş verib. “Opel Zafira” markalı avtomobil idarəetməni itirəndən yuvarlanaraq xəndəyə düşüb.

Yol-nəqliyyat hadisəsi nəticəsində 11 yaşlı uşaq, 69 və 48 yaşlarında olan iki qadın yerindəcə ölüb. Avtomobilin sürücüsü 34 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Qəza zamanı 4 yaşlı oğlanın da kəllə-beyin travması aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR