Merkel: Miqrasiya böhranına görə Avropa və Türkiyə birlikdə cavabdehlik daşımalıdırlar

Merkel: Miqrasiya böhranına görə Avropa və Türkiyə birlikdə cavabdehlik daşımalıdırlar
# 19 fevral 2016 01:39 (UTC +04:00)

Bakı-APA. Avropa və Türkiyə miqrasiya böhranına görə birgə məsuliyyət daşımalıdırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsselə sammitə gələn Almaniya kansleri Angela Merkel bildirib.

“Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər. Bizə sərhədlərimizin qorunması gərəkdir, qaçaqmalçılarla, qanunsuzluqla mübarizə gərəkdir. İnsanların Aİ-yə gəlməsini təmin edə biləcək qanuni yollar tapmalıyıq”, deyə Merkel bildirib.

Kanslerin sözlərinə görə, rəsmi Berlin “Avropa-Türkiyə gündəliyi”nin prioritet olaraq qalmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR