Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb

Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb
# 09 yanvar 2016 19:37 (UTC +04:00)

Bakı-APA. Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb, yaralananların hamısı xəstəxanalara yerləşdirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, partlayış Kişinyovun mərkəzi bazarında yerləşən yeməkxanaların birində baş verib. Partlayışın qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR