İndoneziya xarici işlər nazirinin müavini: “Ədavət, yoxsulluq, ayrı-seçkilik ekstremizmi gücləndirir”

İndoneziya xarici işlər nazirinin müavini: “Ədavət, yoxsulluq, ayrı-seçkilik ekstremizmi gücləndirir”
# 26 aprel 2016 16:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Roma papası Albaniyanın adını yaşamaq üçün ən yaxşı yerlərdən biri kimi qeyd edib”.

APA-nın məlumatına görə, bunu Albaniya xarici işlər nazirinin müavini Halil Hüseni Bakıda keçirilən BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumu çərçivəsində alyansın dostlar qrupunun yüksək səviyyəli iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Albaniyada müxtəlif mədəniyyət və dinlərə malik insanlar birgə yaşayır: “İstənilən ölkə üçün məktəblərdə dinlə bağlı dərsin keçilməsi vacibdir. Gəncləri bu işlərə qoşsaq, daha effektli ola bilər. Yoxsulluq və qeyri-sabitlik onu göstərir ki, miqrasiya problemləri davam edəcək və təhlükəsizliyə təhdid davam edəcək. Suriya məsələsi həll olunmalıdır. Biz həmrəylik nümayiş etdirməliyik. Ksenofobiya və zorakılığa qarşı birgə çalışmalıyıq”.

İndoneziya xarici işlər nazirinin müavini Abdurrahman Fachir Bakı Bəyannaməsinin qəbulunu alqışlayıb. O bildirib ki, Bakı və əvvəl Balidə qəbul edilmiş bəyannamələr vacib sənəddir: “Təcrid olunma, miqrasiya kimi çağırışlar qarşımızda dayanır, bizi münaqişələrin həllinə səsləyir. Artan ədavət, yoxsulluq, ayrı-seçkilik ekstremizmi gücləndirir, sürətlə gəncləri cəlb edir. Biz çalışırıq ki, ekstremist düşüncələr davam etməsin. İndoneziya Sivilizasiya Alyansının işini dəstəkləyir".

İtaliya mədəniyyət nazirinin müavini Dorina Biançi ölkəsinin hərtərəfli inklüziv cəmiyyət görmək istədiyini deyib: “Ekstremistlər mədəniyyət abidələrini dağıdırlar, mədəni irsi məhv edirlər. Onlar bir növ iqtisadi müharibə də aparırlar. Onlara şans verməməliyik. İtaliya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini verib. Ölkəmiz qeyri-maddi və maddi mədəni irsin qorunmasına öz mandatı çərçivəsində töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR