Azərbaycan prezidenti Oman sultanını təbrik edib

Azərbaycan prezidenti Oman sultanını təbrik edib
# 17 noyabr 2015 15:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Oman sultanı Qabus bin Səidi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR