Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın sabitliyi üçün vacib fürsətdir”

Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın sabitliyi üçün vacib fürsətdir”
# 19 fevral 2016 09:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündə deyib.

M. Çavuşoğlu bildirib ki, bu əməkdaşlıq nəqliyyat, enerji təhlükəsizliyi, mədəniyyət, idman, təhsil və elm kimi sahələrdə inkişafı hədəfləyir.

“Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi mühüm nəqliyyat və enerji layihələrinin önəmini bir daha qeyd etdik. Qonaqpərvərlik və uğurlu təşkilatçılıq fəaliyyətinə görə Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR