Azərbaycanda 28 mindən çox əlil protez-ortopedik məmulatla təmin edilib

Azərbaycanda 28 mindən çox əlil protez-ortopedik məmulatla təmin edilib
# 05 oktyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 28 662 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,8% çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərə verilən əlil arabalarının sayı 2,2 dəfə artaraq 1 259 ədəd, yardımçı məmulatların sayı 61,2% artaraq 21 370 ədəd, aşağı ətraf protezlərinin sayı 26% artaraq 845 ədəd, yuxarı ətraf protezlərinin sayı 30% artaraq 133 ədəd təşkil edib.

Bu təbəqədən olan insanlar üçün ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 2 497 cüt ortopedik ayaqqabı hazırlanaraq verilib. Hesabat dövründə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar həmçinin 827 ədəd aşağı ətraf ortez-tutoru, 284 ədəd ortez-korset və s. məmulatlarla da təmin edilib, onlara məxsus 582 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib. Cari ilin 9 ayında mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 373 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR