Tramp: “Kim Çen Inla baş tutacaq sammit KXDR-ə işıqlı gələcək təmin edəcək”

Tramp: “Kim Çen Inla baş tutacaq sammit KXDR-ə işıqlı gələcək təmin edəcək”
# 07 iyun 2018 23:00 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla keçiriləcək sammitin KXDR-ə “işıqlı gələcək” təmin edəcəyini bildirib.

“Ümid edirəm ki, görüş Şimali Koreya üçün işıqlı gələcəyin başlanğıcı olacaq”, - deyə D.Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ-KXDR sammitinin iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR