İranla “altılıq” arasında danışıqlar iyulun 5-də davam edəcək

İranla “altılıq” arasında danışıqlar iyulun 5-də davam edəcək
# 05 iyul 2015 00:36 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iyunun 30-da tərəflər İran üzərindən sanksiyaların aradan qaldırılmasına dair ilkin razılığa gəliblər.

Diplomatik mənbələrdən verilən məlumata əsasən, artıq sanksiyaların ləğv olunma şərtləri və müddəti razılaşdırılıb. Yekun sənədin yaxın günlərdə imzalanması gözlənilir.

Xatırladaq ki, “altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və ABŞ) Avropa İttifaqının və İranın iştirakı ilə nüvə proqramının yekun razılaşmasına dair danışıqlar aparır. Yekun sənədin iyunun 30-dək hazır olması nəzərdə tutulsa da, Vyanada keçirilən danışıqların növbəti raundunda tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzatmağa qərar veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR