Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 06 fevral 2017 11:38 (UTC +04:00)

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn nəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişiklik edilib. Belə ki, Azərbaycan prospektindən gələn nəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyə olunur.

Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR