“Elektron hökumət” portalına müraciət edənlərin sayı 40 milyonu ötüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin mart ayının 1-dən, cari ilin mart ayının 1-nə qədər portala müraciət edənlərin sayı 20 milyondan çox olub. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 50%-ni təşkil edir.
Hazırda portal üzərindən təqdim olunan e-xidmətlərin sayı 430 olub. Portalda 44 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır.