Avstraliyada daşqınlar iki nəfərin həyatına son qoyub

Avstraliyada daşqınlar iki nəfərin həyatına son qoyub
# 01 aprel 2017 01:26 (UTC +04:00)

Avstraliyada “Debbi” qasırğasının yaratdığı sel və daşqınlar nəticəsində iki qadın ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Barrinqbar şəhərində ahıl yaşlı qadın suda boğularaq ölüb, daha bir qadının avtomobilini sel aparıb.

Yağan şiddətli yağışlar Kvinslend və Yeni Cənubi Uels ştatlarında çoxsaylı daşqınlara səbəb olub. Yeni Cənubi Uelsdə 20 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakət 90 min yaşayış evini elektrik enerjisiz qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR