ABŞ-ın Ermənistandakı sabiq səfiri Viktoriya Nulandın yerinə təyin olunub

ABŞ-ın Ermənistandakı sabiq səfiri Viktoriya Nulandın yerinə təyin olunub
# 26 yanvar 2017 12:45 (UTC +04:00)

ABŞ-nın Ermənistandakı sabiq səfiri Con Heffern ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərinin icraçısı təyin edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni icra edən Viktoriya Nuland Dövlət Departamentini tərk edib.

C. Heffern 2011-2014-cü illərdə ABŞ-nın Ermənistandakı səfiri vəzifəsində çalışıb. Bundan sonra o, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavininin köməkçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR