Yevlax sakini pnevmatik tapança ilə vurulub

Yevlax sakini pnevmatik tapança ilə vurulub
# 25 fevral 2019 17:24 (UTC +04:00)

Yevlaxda silahlı insident olub.

ONA-nın Mingəçevir bürosunun verdiyi məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Rəşid Rövşən oğlu Həsənov pnevmatik tapançadan açılan atəş nəticəsində sol ayağından xəsarət alıb. R. Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR