Londonda bazarda yanğın baş verib

Londonda bazarda yanğın baş verib
# 10 iyul 2017 03:39 (UTC +04:00)

Böyük Britaniya paytaxtı Londonun ən iri bazarlarından biri “Camden Market”-də yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə London Yanğın Təhlükəsizliyi İdarəsinin “Tvitter” səhifəsində bildirilir.

Məlumata əsasən, hadisə yerinə 10 texnika və 70 canlı qüvvə cəlb edilib. Yanğın bazarın üç mərtəbəsi və damının bir hissəsini əhatə edib.

Yanğının səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR