Bakıda “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” keçirilir

Bakıda “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” keçirilir
# 23 oktyabr 2017 10:50 (UTC +04:00)

Bu gün Bakıda “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı beynəlxalq konfrans başlayıb.

APA-nın xəbərinə görə, oktyabrın 27-dək davam edəcək tədbir ABŞ-ın Lawrence Livermore Milli Laboratoriyası (LLNL) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycanda seysmikliyi öyrənmək, bu istiqaməti inkişaf etdirmək üçün uzun illər ərzində iş aparılıb: “Yer fizikası elmi böyük tarixə malik deyil, qısa tarixi var. 40-50-ci illərdən bu günə qədər böyük inkişaf yolu keçib. O vaxta kimi geofizika neft və digər istiqamətlər üzrə inkişaf edib. Amma 50-ci illərdən yer fizikası inkişafa başlayıb. Həmin vaxt Azərbaycanda 5-10 analoq mərkəzi var idi. 2000-ci ildə Bakıda baş verən zəlzələdən sonra Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə kinemetriks sistemi ölkəyə gətirilib, alimlər, mütəxəssislər öyrədildikdən sonra istifadə olunur. O vaxtdan bu günə kimi kinemetriks sistemi inkişaf etdirilərək 35 mərkəzə çatdırılıb”.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, xarici mütəxəssislər çıxış edərək seysmologiya sahəsində görülən işlər barədə ətraflı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR