ABŞ-ın Florida ştatı təbii fəlakət zonası elan edilib

ABŞ-ın Florida ştatı təbii fəlakət zonası elan edilib
# 11 sentyabr 2017 00:14 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Florida ştatı qubernatorunun sorğusuna əsasən müvafiq sənəd imzalayıb.

“Bu, ştata federal hökumətin tam dəstəyini təmin edəcək”, Ağ Evin məlumatında deyilir.

İkinci kateqoriyayadək zəifləyən “İrma” qasırğası bu saatlarda Florida ştatının sahillərinə çatıb. Qasırğanın sürəti saatda 200 kilometrə çatır. Hazırda ştat ərazisində 114 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR