Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb

Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb
# 11 sentyabr 2017 03:35 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb.

APA-nın məlumatına görə, bu barədə Ukrayna polisinin “Twitter” səhifəsində bildirilir.

Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb.

Qeyd edək ki, ötən axşam Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR