Taekvondoçularımız Atletlər kəndinə yollandı - FOTOSESSİYA

Taekvondoçularımız Atletlər kəndinə yollandı - <span style="color: red;">FOTOSESSİYA
# 10 iyun 2015 12:47 (UTC +04:00)

Bakı – APA. Taekvondo yığmamız Avropa Oyunlarına hazırlığını başa vurub. Azərbaycan Taekvondo Federasiyasından (ATF) apasport.az saytına verilən məlumata görə, yarışda iştirak edəcək komandamızın Atletlər kəndinə yola salınması üçün bu gün ATF-nin İdarə Heyətinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmid Məmmədov millimizə böyük ümidlər bəslədiklərini bildirərək, yarışlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, iyunun 16-19-da “Kristall Hall”da keçiriləcək taekvondo yarışlarında 128 idmançı 8 çəki üzrə gücünü yoxlayacaq. 4 gün davam edəcək mübarizədə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq), Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR